BAKI, 28 iyun - Sputnik. Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 335 874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 123 nəfər müalicə olunaraq sağalıb, 4970 nəfər vəfat edib, aktiv xəstə sayı 781 nəfərdir.
Ölkədə son sutka ərzində 4482, hazırkı dövrədək isə 3 733 194 test aparılıb.
Vaksin olunanların sayı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 608 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 317, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 349 035, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 139 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 210 034 təşkil edir.
Eləcə də oxuyun:
Koronavirusun uşaqlarda əlamətləri açıqlandı - TƏBİB
TƏBİB-dən koronavirusun Hindistan ştammı ilə bağlı xəbərdarlıq