SƏHİYYƏ

Toylarla bağlı qərar epidemioloji vəziyyəti ağırlaşdıra bilərmi – professor danışır

Professor, həkim Adil Qeybulla deyir ki, toylarda iştirakla bağlı təyin edilən 150 nəfər rəqəmi çoxdur, bu 70-75 -100 nəfər olsa yetərlidir
Sputnik

2021-ci il 1 iyul tarixindən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Bəs toyların keçirilməsi ölkədə epidemioli vəziyyəti yenidən ağırlaşdıra bilərmi? Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan professor, həkim Adil Qeybulla bildirib ki, toyların keçirilməsinə icazə verilən qərarda bəzi problemli və izah olunmayan məsələlər var: “Mən hesab edirəm ki, toylar qapalı məkanlarda deyil, açıq havada keçirilsə, daha məqsədə uyğun olar. Qərarda toy keçirilən qapalı məkanda maskalardan istifadə tələbi var. Axı necə ola bilər ki, insalar həm əylənirlər, həm qida qəbul edirlər, həm də maskalardan istifadə edirlər?! İkincisi də odur ki, toylarda iştirakla bağlı təyin edilən 150 nəfər rəqəmi çoxdur, bu, 70-75 -100 nəfər olsa yetərlidir. Düşünürəm ki, bu məsələlərlə bağlı insanlara izahat işi aparılmalıdır. Pandemiya hələ bitməyib, yoluxma riski hələ də qalır”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz