BAKI, 27 iyun - Sputnik. Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 335 836 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib, aktiv xəstə sayı nəfərdir.
Ölkədə son sutka ərzində 6 213, hazırkı dövrədək isə 3 7784 28 712 test aparılıb.
Vaksin olunanların sayı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 695 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 574, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 121 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 348 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 138 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 209 743 təşkil edir.
Eləcə də oxuyun:
Rusiyalı alim: qorxulu ştamma qarşı bir həftəyə vaksin yaradarıq
Hindistanda daha bir təhlükəli virus aşkarlandı
Rusiyada miqrantlar peyvənd olunacaqlar