SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: “Minaların təmizlənməsinə maneə törədənlərə təzyiqlər göstərilməlidir”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyir ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə media böyük rol oynadı
Sputnik

Azərbaycanda bu gün medianın - ənənəvi, eləcə də sosial medianın rolu böyükdür. Bu sahədə xalq-iqtidar birliyindən danışmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, müəyyən sosial, humanitar problemlərin həllində insanların fəal iştirakı, bunun dövlət tərəfindən diqqət mərkəzində saxlanılması və həll edilməsi nümunəvi hal kimi qəbul edilə bilər: “44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə media böyük rol oynadı. Media reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal oldu, jurnalistlərimiz əsl həqiqətləri dünyaya vaxtında çatdırdılar. Ancaq baş verən hadisələrlə bağlı həqiqətləri dünyaya çatdıran jurnalistlərin həyatları təhlükə altına düşür. İşğalçı və minaların təmizlənməsinə maneə törədən qüvvələrə təzyiqlər göstərilməlidir”.

Qeyd edək ki, AŞPA-nın yay sessiyası çərçivəsində media azadlığı və ictimai etimad məsələsi müzakirə olunub.

Sevinc Fətəliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz