BAKI, 27 iyun - Sputnik. Azərbaycan ərazisində iyunun 28-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
İyunun 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 37-42 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.