SƏHİYYƏ

ÜST nümayəndəsindən bəd proqnoz: Dünya yenidən qapana bilər

Mütəxəssis deyir ki, ÜST hələ ki "delta-plyus" ştammına yoluxmanın pik həddinin nə zaman olacağını proqnozlaşdıra bilmir, çünki hal-hazırda gündəlik yoluxma sayında artım var. 
Sputnik

BAKI, 27 iyun - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç koronavirusun "delta plyus" (Hindistan) ştammının bütün dünya üzrə yeni lokdaun dalğası yarada biləcəyini deyib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, o, qısa müddət ərzində səy göstərib onun qarşısının alınmasının vacibliyini, əks halda qapanmaların qaçılmaz olduğunu söyləyib.

Vuynoviçin sözlərinə görə, ÜST koronavirusun "delta-plyus" ştammı ilə bağlı vəziyyəti təhlükəli sayır, çünki bu infeksiya insan orqanizminin hüceyrələrinə xeyli zərər yetirir. Eyni zamanda daşıyıcılardan yoluxan insanların sayı da artır. 

Mütəxəssis deyir ki, ÜST hələ ki "delta-plyus" ştammına yoluxmanın pik həddinin nə zaman olacağını proqnozlaşdıra bilmir, çünki hal-hazırda gündəlik yoluxma sayında artım var. 

Koronavirusdan peyvənd olunmanın vacibliyini qeyd edən Vuynoviç bildirib ki, vaksin yoluxanı xəstəliyin ağır formasından qoruya, eləcə də virusun geniş yayılmasını əngəlləyə bilər. 

Koronavirusun Hindistan (delta) ştammı

İkiqat mutasiya ilə tanınan B.1.617 ştammı ilk dəfə Hindistanın Maharaştra əyalətində müəyyən olunub. Həkimlərin fikrincə, Hindistanda ikinci koronavirus dalğasının səbəblərindən biri də məhz bu mutasiya ilə bağlıdır. Son vaxtlar virusun bu variantı bir çox başqa ölkələrdə də qeydə alınıb.

“Delta-plyus” nədir? Daha təhlükəlidirmi?

Gələn son xəbərlər bir o qədər də təsəlliverici deyil. Belə ki, Hindistan ştammı  "Delta" özü də mutasiyaya məruz qalıb. Onun ortaya çıxan yeni növü isə "Delta-plyus" adlandırılıb. Mutasiya olunmuş virusa ilk yoluxma hadisəsi də elə eyni ölkədə - Hindistanda qeydə alınıb. Bu günlərdə "Delta-plyus"dan ilk ölüm halı da müəyyən olunub. Həmin şəxs peyvənd olunmayıbmış.

“Delta” və “Delta-plyus”-un simptomları nələrdir?

Hindistan ştammına yoluxanlarda qarında ağrı, iştahanın itməsi, ürəkbulanması, ishal müşahidə olunur. Öskürək və hərarətin qalxması da baş verə bilər.

Bir həftəyə vaksin

Bu arada Qamaleya Tədqiqat Elektrokimya və Texnologiya Mərkəzindən bildiriblər ki, mövcud preparatlar koronavirusun yeni ştammlarına qarşı kifayət qədər anticismin yaranmasını təmin etməyəcəyi təqdirdə bir həftə ərzində yeni vaksin yarada bilərlər.

Eləcə də oxuyun:

  • Operativ Qərargah COVID-lə bağlı Azərbaycanda son durumu açıqladı

  • Rusiyalı alim: qorxulu ştamma qarşı bir həftəyə vaksin yaradarıq

  • Hindistanda daha bir təhlükəli virus aşkarlandı