VİDEO

Bəsləsən, atlas olar tut yarpağından: qurddan gəlir götürməyin qaydaları

Özbəkistan ipək istehsalı üzrə Çindən və Hindistandan sonra dünyada üçüncü yer tutur. İpəkqurdu yalnız sənaye müəssisələrində deyil, həm də fermalarda yetişdirilir. Ətraflı videomuzda.
Sputnik

Müqəddəs Anarkulova artıq beş ildir ki, baramaçılıqla məşğul olur. O, ailəsi ilə birlikdə bir qutu ipəkqurdu alıb və onları tut ağacının yarpaqları ilə bəsləməyə başlayıblar. Nəticədə 80 kiloqram barama əldə ediblər.

Müqəddəsə bu işdə qohumları da kömək edirlər, beləliklə, əməlli-başlı ailə təsərrüfatı yaranıb.

“Mənə bu işlə məşğul olmağı Ugiloy bacı məsləhət gördü. Özü də mənə yaxından kömək etdi, ipəkqurdunu necə bəsləməyi, ondan barama əldə etməyi öyrətdi. Bəzən ona zəng vurub soruşuram ki, qurdlara nə vaxt tut yarpağı verim, yaxud onlar nə vaxt yatır, nə vaxt durur? O da hər şeyi başa salır”,  – deyə qadın bizimlə söhbətində bildirib.

Müqəddəs onu da deyib ki, istehsal prosesi zamanı ipəkqurdlarını diqqətlə müşahidə etmək, vaxtında yedizdirmək lazımdır.

“Bəzən elə olur ki, ipəkqurdlarından bəziləri yuxuda olsa da, digər qismi yatmır və yemək axtarır. Buna görə də onlara daha çox tut yarpağı vermək lazımdır ki, doyub yatsınlar. Yalnız bu halda yaxşı məhsul - barama əldə etmək mümkündür”, – deyə qadın əlavə edib.

Bir qutu ipəkqurdundan əldə olunan gəlir isə təxminən 13 min rubla bərabər olur. Müqəddəs Anarkulova deyir ki, bu pulu əsasən ailənin ehtiyaclarına – ev tikintisinə və uşaqların təhsilinə xərcləyirlər.