BAKI, 27 iyun - Sputnik. AstraZeneca İsveç-Britaniya əczaçılıq şirkəti koronavirusun Cənubi Afrika ştammına qarşı buster-vaksinin sınaqlarına başladığını bəyan edib.
Bu barədə məlumatı RİA Novosti şirkətin rəsmi bəyanatına istinadən yayıb.
Yeni preparatın sınaqlarında Böyük Britaniya, CAR, Braziliya vıə Polşadan olan 2250 nəfər iştirak edəcək. AZD2816 adı verilmiş preparat ilk dəfə Cənubi Afrikada aşkar edilmiş "beta" ştammı ilə mübarizə üçün nəzərdə tutulub.
Buster vaksinin sınağının mahiyyəti onun həm peyvənd olunmuş, həm də olunmamış insanlara tətbiq edilməsindədir. Bundan başqa, AZD2816-dan əvvəllər AstraZeneca adı ilə tanınan Vaxzevria vaksininin ikinci komponenti kimi istifadəsi də planlaşdırılır.
Əczaçılıq şirkətində hesab edirlər ki, sınaqların nəticəsi ilin sonunda bəlli olacaq, bundan sonra, əgər müsbət nəticə əldə olunarsa, AZD2816-nı qiymətləndirmə üçün beynəlxalq və milli tənzimləyicilərə verəcəklər.
Qeyd edək ki, bu günlərdə İordaniya sakini AstraZeneca vurulduqdan 10 dəqiqə sonra huşunu itirərək ölüb.
Vaksin savaşı
2021-ci ilin mart-aprel aylarında AstraZeneca vaksininin tətbiqi Avropa ölkələrinin bir çoxunda dayandırıldı. Buna səbəb kimi isə valsin vurulduqdan sonra insanlarda tromblaşma, tromboemboliya və ölüm halları göstərilirdi.
Bir müddət sonra, mayın sonlarına doğru AstraZeneca hesabat hazırlayaraq öz vaksinin tətbiqindən sonrakı ölüm sayının Pfizer vaksinindən sonrakı ölüm hallarından üç dəfə az olduğunu bəyan elədi.
Bu olaylara rəğmən, məsələn, Britaniyada AstraZeneca kütləvi surətdə tətbiq olunur və bir sıra pasiyent kateqoriyaları üçün əsas peyvənddir. Mayın 26-na olan məlumata görə, vaksinin bir dozasını həddi-büluğa çatmış əhalinin 72,7, iki dozasını 44.8%-i alıb.
Eləcə də oxuyun:
- İki məşhur vaksinin müqayisəli ölüm göstəriciləri: etibarı düzəltmək istəyirdi...
- "AstraZeneca" Gürcüstanda tibb bacısının ölümünə səbəb olub