BAKI, 26 iyun — Sputnik. İyunun 28-i günün ikinci yarısında cənub-şərq küləyi şimal küləyi ilə əvəz olunacaq. Axşam saatlarında küləyin sürəti bir qədər artacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, iyunun 29-da bu günə nisbətən havanın temperaturu təxminən 4-5 dərəcə aşağı enəcək:
“İyunun 29-30-da havanın temperaturu iqlim norması daxilində olacaq. İyulun ilk günlərində anomal istilər gözlənilmir. Havanın temperaturu 30-34 dərəcə intervalında dəyişəcək”.