FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bayramın mübarək, qalib Azərbaycan əsgəri

Sputnik

İyunun 26-sı ölkəmizdə Azərbaycan Respublkası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Ordu gününün qeyd olunması barədə fərman 1992-ci il 18 sentyabr tarixində verilib və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə qərarının qəbul edildiyi tarix – 9 oktyabr Silahlı Qüvvələr Günü elan edilib. Daha sonra, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, bundan əvvəlki sənəd qüvvədən düşürülüb və 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.

Əslində, Azərbaycanda ordu quruculuğunun tarixi daha qədimdir. Belə ki, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olunandan sonra iyunun 26-da Milli Ordunun yaradılmasına başlanılıb. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin ediliblər.

Azərbaycan yenidən müstəqillik əldə edəndən sonra ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün olub. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçib.

Lakin uzun illər Azərbaycanda bu günü bayram əhval-ruhiyyəsində qeyd etmək mümkün olmayıb. Ərazilərinin 20 faizi düşmən işğalı altında olan ölkədə Silahlı Qüvvələr Gününün qeyd olunmasına ən azından mənəvi cəhətdən haqqımızın çatmadığını düşünürdük.

Nəhayət, 2020-ci ildə Azərbaycan Ordusu öz tarixi missiyasını yerinə yetirərək işğal altında olan torpaqlarımızın böyük bir hissəsini, eləcə də Qarabağın döyünən ürəyi Şuşanı ermənilərdən təmizlədi. Minlərlə şəhidin qanı hesabına vətən torpağı düşmən tapdağından qurtuldu. Beləliklə, uzun illərdən sonra məhz bu gün Azərbaycan Silahlı Qüvvələri Gününü əsl bayram kimi qeyd etməyə haqqımız çatır. Bayramın mübarək, Azərbaycan əsgəri!

1 / 17
Azərbaycan Ordusunun banilərindən biri general Səməd bəy Mehmandarov. 1918-ci ilin iyunun 26-da ADR-də Milli Ordunun yaradılmasına başlanılıb. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir təyin olunub.
2 / 17
Qafqaz İslam Ordusunun Bakıda fəxri keçidi, 29 oktyabr 1919.
3 / 17
Müstəqil Azərbaycan Respublikası dövründə ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub.
4 / 17
Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 100 illiyi münasibətilə hərbi parad, 15 sentyabr 2018-ci il.
5 / 17
Военный парад по случаю 100-летия освобождения Баку Кавказской исламской армией. 15 сентября 2018 года
6 / 17
Azərbaycan Ordusunun hərbi qulluqçuları Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan hərbi parada hazırlıq zamanı, 7 may 2015-ci il.
7 / 17
Azərbaycan Ordusunun T-72B3 tankı Rusiyada "Patriot" parkında V Beynəlxalq Ordu Oyunlarında "Tank biatlonu" müsabiqəsində.
8 / 17
Azərbaycan Ordusunun hərbi qulluqçuları işğaldan azad etdikləri Talış kəndində Azərbaycan bayrağını yüksəldirlər, 2020-ci ilin oktyabr ayı.
9 / 17
Vətən müharibəsinin qəhramanlarında biri topçu Vüsal Şahkərimov.
10 / 17
Azərbaycan Ordusunun hərbi qulluqçusu Laçın rayonunun Hüsülü kəndində Ağoğlan məbədi-monastırının qarşısında.
11 / 17
Azərbaycan hərbçiləri Vətən müharibəsi zamanı Tərtərin Talış kəndi ərazisində.
12 / 17
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında.
13 / 17
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev Bakıda Qələbə paradında, 10 dekabr 2020-ci il.
14 / 17
Bakıda Qələbə paradına hazırlıq zamanı hərbi qulluqçular.
15 / 17
Hərbi Hava Qüvvələrinin qırıcıları Bakıda Qələbə paradında Azərbaycan bayrağının əksini yaradıblar, 10 dekabr 2020-ci il.
16 / 17
Azərbaycan Ordusunun zirehli avtomobilləri Bakıda Qələbə paradında, 10 dekabr 2020-ci il.
17 / 17
Azərbaycan və Türkiyə hərbçiləri Qarsda "QIŞ-21" təlimi zamanı.