CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məişət zorakılığından zərər çəkmiş şəxslərə görə akkreditasiya elan olunur

Akkreditasiya üçün müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin maddi-texniki bazası, maliyyə mənbələri və işçi heyətinin peşəkarlığının tələblərə uyğunluğu yoxlanılır.
Sputnik

BAKI, 26 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasını elan edir. Sputnik Azərbaycan-ın nazirliyə istinadən xəbərinə görə, məişət zorakılğından zərəçəkmiş şəxslərə xidmət göstərən qeyri-dövlət yardım mərkəzləri akkreditasiya olunmaq üçün müraciət edə bilərlər.

Akkreditasiya üçün müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin maddi-texniki bazası, maliyyə mənbələri və işçi heyətinin peşəkarlığının tələblərə uyğunluğu yoxlanılır.

Akkreditasiyaya müraciət edilməsi üçün ilkin mərhələdə mövcud tələblər aşağıdakılardır:

- Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin adına yazılmış ərizə;

- Akkreditasiyadan keçmək üçün müraciət edən mərkəzin nizamnaməsi;

- Məişət zorakılığına məruz qalan şəxslərə xidmət göstəriləcək yardım mərkəzi və ya sığınacaq haqqında məlumat;

- Maliyyə mənbələrini təsdiq edən sənəd (əgər varsa)

- Məşiət zorakılığına məruz qalan şəxslərə xidmət göstərəcək mütəxəssislərin ixtisaslaşmasını təsdiq edən sənədlərin surəti;

Akkreditasiya üçün mərkəzin rəhbəri və yaxud onu əvəz edən vəzifəli şəxs tərəfindən müraciət ərizəsi imzalanmalı, möhürlə təsdiq edilməli və yuxarıda qeyd olunan uyğunluqları təsdiq edən sənədlərlə birlikdə SXA-ya təqdim edilməlidir.

Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri müraciətlərini iyul ayının 20-ə qədər aşağıda qeyd olunan elektron ünvana göndərə bilərlər:

info_sxa@sosial.gov.az

Ətraflı məlumat almaq üçün əlaqə nömrələri:

+99412 525 41 30 (daxili: 51-98)

+99450 525 41 30 (WhatsApp)