RUSİYA

Rusiya ulduzları "Jara" festivalının səhnəsində bərq vururlar

Sputnik

Moskvada "Crocus City Hall"da Rusiya şou-biznes ulduzlarının iştirakı ilə "Jara" beynəlxalq festivalı keçirilir. Koronavirus pandemiyası səbəbindən karantin tədbirləri gücləndirildiyindən, konsert tamaşaçılar olmadan təşkil edilib.

Festival iyunun 23-də start götürüb və iyunun 27-nə kimi davam edəcək. Festivalda Yeqor Krid, Zivert, Maruv, Niletto, Loboda, Maks Barskix, Filip Kirkorov, Qriqori Leps, Timati, Timur Rodrigez, Anet Say, Yelena Temnikova, Nikolay Baskov, Dava, Vera Brejneva, Brandon Stone, Olqa Buzova, Burito, Zvonki və Rusiya estradasının digər ulduzları iştirak edirlər.

Tamaşaçılar tezliklə festivalı Rusiyanın "Birinci kanalı"nın efirindən izləyə biləcəklər.

Qeyd edək ki, "Jara" festivalı 2016-cı ildən etibarən Bakıda keçirilirdi, ancaq koronavirus pandemiyası səbəbindən bu il Moskvada təşkil olunub. Festivalın təşkilatçısı Azərbaycanın Xalq artisti Emin Ağalarov tərəfindən əsası qoyulan "Jara TV" musiqi telekanalıdır.

1 / 13
Müğənni Filip Kirkorov və ukraynalı MARUV (Anna Korsun) "Jara" festivalının səhnəsində ifa edir.
2 / 13
Müğənni Yeqor Krid "Jara" festivalının səhnəsində ifa edir.
3 / 13
Müğənni Anni Lorak "Jara" festivalının səhnəsində ifa edir.
4 / 13
"#2Maşi" qrupunun üzvləri Mariya Şeyx və Mariya Zaytseva "Jara" festivalının səhnəsində ifa edir.
5 / 13
Müğənni və bloger Vanya Dmitriyenko "Jara" festivalının səhnəsində ifa edir.
6 / 13
Müğənni Artur Pirojkov (Aleksandr Revva) "Jara" festivalının səhnəsində ifa edir.
7 / 13
Müğənni QAMI "Jara" festivalının səhnəsində ifa edir.
8 / 13
Müğənni Zalesski (sağda) "Jara" festivalının səhnəsində ifa edir.
9 / 13
Rep-ifaçısı Timati (Timur Yunusov) "Jara" festivalının səhnəsində ifa edir.
10 / 13
Müğənni Zivert (Yuliya Ziveret) "Jara" festivalının səhnəsində ifa edir.
11 / 13
Müğənni Zivert (Yuliya Ziveret) "Jara" festivalının səhnəsində ifa edir.
12 / 13
Müğənni Sergey Lazerev "Jara" festivalının səhnəsində ifa edir.
13 / 13
Müğənni Qriqori Leps "Jara" festivalının səhnəsində ifa edir.