İQTİSADİYYAT

Eyyub Hüseynov: “Enerji içkiləri insanların sağlamlığına ziyan vurur”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, Azərbaycan hökuməti enerji içkiləri sahəsi ilə bağlı çox doğru addımlar atıb
Sputnik

“Avrora” MMC tərəfindən istehsal olunan “Bizon energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, hər həftə enerji içkiləri ilə bağlı vətəndaşlardan müraciətlər daxil olur: “Çox yaxşı haldır ki, İqtisadiyyat nazirliyinin müvafiq qurumu tərəfindən bu içkilərlə bağlı mütəmadı araşdırmalar aparılır. Qurum tərəfindən saxta etiketli enerji içkisi ilə bağlı da məlumat yayılıb. Azad İstehlakçılar Birliyi də onun tərəfdarıdır ki, istehlakçılar enerji içkisi əvəzinə sadə su içsinlər. Mən bu cür aldadılmanın tərəfdarıyam. Çünki enerji içkiləri insan sağlamlığı üçün zərərlidir. Düşünürəm ki, Azərbaycan hökuməti enerji içkiləri sahəsi ilə bağlı çox doğru addımlar atıb. Enerji içkiləri kimi satılan məhsullar insanların sağlamlığına ziyan vurur”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz