BAKI, 24 iyun — Sputnik. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Təltif edilən hərbi qulluqçuların siyahısı ilə bu link vasitəsilə tanış ola bilərsiz.
Vətən müharibəsi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
44 gün davam edən müharibə müddətində - oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Müdafiə Nazirliyinin son məlumatına görə, müharibədə 2841 hərbi qulluqçumuz şəhid olub. 64 nəfər itkin düşmüş sayılır.
44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.
Qarabağın bərpası
Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib.
--------------
29.12.2020
17:36
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5203 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 56-sı polkovnik-leytenantdır.
Təltif edilən hərbi qulluqçuların adları ilə prezident.az saytından bu link vasitəsilə tanış ola bilərsiz.
Eləcə də oxuyun:
Bir qrup hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Ağdamı azad edən igidlərimizə medal verilir - SİYAHI
"Vətən uğrunda" medalı ilə təltif olunan hərbçilərimiz - SİYAHI
Bir qrup hərbçimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu
Şuşanı azad edən hərbçilərimiz medala layiq görüldülər - SİYAHI
Bu igidlərimiz Qubadlının azad olunmasına görə medalla təltif olundular
Prezident hərbçilərimizi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif etdi
"Zəngilanın azad olunmasına görə" medal alanları siz də tanıyın – SİYAHI
Bir qrup hərbçi "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi – SİYAHI
Prezident onları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif etdi – SİYAHI