Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı nə qədərdir?

Sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 805 vahid, fiziki şəxslər üzrə 2420 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 233 vahid artıb.
Sputnik

BAKI, 24 iyun — Sputnik. 2021-ci ilin may ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 3458 vahid və ya 0,2 faiz artaraq 1,67 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 805 vahid, fiziki şəxslər üzrə 2420 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 233 vahid artıb.

Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,4% artıb

Qeyd edək ki, aprel ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 16994 vahid və ya 1,0 faiz artaraq, 1,66 milyon vahid təşkil edib. Sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1489, fiziki şəxslər üzrə 13640, torpaq mülkiyyətçiləri üzrə isə 1865 vahid artıb.

2021-ci ilin fevral ayında fərdi uçot sistemində sığortaedənlərin sayı 6115 vahid və ya 0,4 faiz artaraq 1,64 milyon vahid təşkil edib.

Sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 542 vahid, fiziki şəxslər üzrə 4944 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 629 vahid artıb.