BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları "Qubadlının azad olunmasına görə" medalı ilə təltif ediliblər:
Təltif olunan hərbçilərinin adları ilə bu linkdən tanış olmaq olar.
İkinci Qarabağ müharibəsi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Müdafiə Nazirliyinin son məlumatına görə, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək 2841 nəfər dəfn edilib, 64 nəfər itkin düşmüş hesab olunur.
44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.
Qarabağ yenidən dirçəlir
Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Azərbaycanın dövlət başçısı bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunacağını, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunacağını bildirib.
Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib.
--------------
29.12.2020
13:24
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilirlər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.
Eləcə də oxuyun:
Prezident hərbçilərimizi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif etdi
"Zəngilanın azad olunmasına görə" medal alanları siz də tanıyın – SİYAHI
Bir qrup hərbçi "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi – SİYAHI
Prezident onları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif etdi – SİYAHI