CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının yarısında kanalizasiya şəbəkəsi yoxdur

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov "Ekspert saatı"nda paytaxtın kanalizasiya problemindən danışıb. O, Bakıda göllərin ekoloji durumunun fəlakət həddində olduğuna diqqəti çəkib.
Sputnik

 

BAKI, 23 iyun — Sputnik. Bakının 12 rayonunda kanalizasiya şəbəkəsi 50 faizdir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov "Ekspert saatı"nda çıxışı zamanı deyib.

O bildirib ki, digər 50 faizdə nəzərdə tutulan infrastruktur yaradılmadığına görə paytaxt ekoloji problemlərin məngənəsindədir:

"Bu gün Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün, ümumilikdə 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub. Düşünürəm ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayış massivlərinin salınmasında məhdudiyyət olmalıdır. Tələb qoyulmalıdır ki, yaşayış massivi tikilirsə, orada infrastruktur yaradılsın".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli isə bildirib ki, Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur: "Bunun ətrafında müxtəlif tədbir və hədəflər irəli sürülüb. Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması da daxildir".

Eləcə də oxuyun:

  • Təmiz dəniz: Xəzəri çirkləndirənlərlə radikal mübarizə planlaşdırılır

  • Qarşıda bizi böyük problem gözləyir: İcazə olsa da, olmasa da təhlükəli sulara girəcəyik

  • Azərbaycanda məşhur göl qurumaq təhlükəsi ilə üzləşib - ərəblərin ayağı düşmədi