RUSİYA

Rusiya Britaniya gəmisinin hərəkəti ilə bağlı təhqiqata çağırır

Rusiya MN Britaniya gəmisinin Qara dənizdə təhlükəli hərəkətlərini BMT konvensiyalarının pozulması kimi dəyərləndirib.
Sputnik

BAKI, 23 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi (MN) Böyük Britaniyanı Qara dənizdə gəmi insidenti ilə bağlı təhqiqat aparmağa çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Rusiya MN bu gün Qara dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Defender" minadaşıyan gəmisinin təhlükəli hərəkətlərini BMT konvensiyalaırnın kobud şəkildə pozulması kimi qiymətləndirib.

Qara dənizdə insident

Bu gün Qara dəniz donanması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birlikdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Defender" tipli minadaşıyan gəminin Qara dənizdə sərhədi pozduğunu aşkarlayıb. Sərhəd keşikçi gəmisi xəbərdarlıq atəşi açıb, Su-24M bombardmançı təyyarəsi isə xəbərdarlıq məqsədli bomba atıb.