Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - FOTO

Hərbi Dəniz Qüvvələrinin gəmiləri may ayının sonlarında Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra etmişdi.
Sputnik

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Hərbi Dəniz Qüvvələrinin bundan əvvəl keçirilmiş taktiki təlimləri 2020-ci ilin aprelində baş tutmuşdu.