“Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, epidemioloji vəziyyət payızda sərt olmayacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABR24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.
O bildirib ki, mayın 25-dən sonra vaksinasiya prosesi sürətlənib: “Prosesin sürətlənməsinə səbəb də COVİD pasportları məsələsinin gündəmə gəlməsidir. Sözügedən tarixdən etibarən gündəlik 40-60 min insanın peyvəndlənməsi baş tutur. Proses bu sürətlə davam edərsə, ayda 1.2 milyon, avqustun sonuna kimi isə 3.6 milyon peyvəndlənmə görə bilərik. Bizim 7 milyon əhalinin peyvəndlənməsinə ehtiyacımız var. Artıq 3 milyon insan peyvəndlənib və 3.6 milyon insan da yayın sonuna kimi peyvəndlənsə, bizi çox da sərt olmayan payız gözləyə bilər”.
Ümüd Səlimzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz