VİDEO

Ceyhun Bayramov və Sergey Lavrov Böyük Vətən müharibəsi ilə bağlı şeir dedi

Aksiyada Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan xarici işlər nazirləri iştirak edib.
Sputnik

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Xarici İşlər Nazirlərinin rəhbərləri Böyük Vətən Müharibəsinin 80 illiyi münasibəti ilə şeir deyiblər. Sputnik Azərbaycan həmin videonu təqdim edir.

Anma aksiyası, Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı başladılıb. MDB üzvü olan dövlətlərin xarici işlər nazirləri müharibə və Sovet xalqının Böyük Vətən müharibəsi illərindəki qəhrəmanlıqları haqqında şeirlər oxudular.

Aksiyada Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan xarici işlər nazirləri iştirak edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səməd Vurğunun "Vətənin keşiyində" adlı şerindən misraları səsləndirib.

Aksiyanın təşkilatçısı 2021-ci ildə MDB-yə sədrlik edən Belıarusdur.

"80 il əvvəl, iyunun 22-i 1941-ci ildə Sovet İttifaqının çoxmillətli ailəsinə müharibə gəldi. Heç kim kənarda qalmadı, SSRİ-nin hərbi xalqı üçün bu müharibə milli faciəyə çevrildi. Bu gün xalq şairləri, MDB üzvü olan ölkələrin xarici işlər nazirlərinin səsləri ilə hamımıza müharibə dəhşətini və vətən müdafiəçilərin qəhrəmanlığını, düşmən xəyanətini və əcdadlarımızın inadkarlığını, itkilər və Zəfər sevincinin göz yaşlarını xatırladır! Biz MDB-də sülh mirasını xatırlayır, hörmət edir və əzizləyirik!", - deyə məlumatda bildirilir.

Bu il Alman qoşunlarının Sovet İttifaqının sərhədini keçərək Qırmızı Ordunun sərhəd hissələrinə hücum etdiyi Böyük Vətən Müharibəsinin başlanmasından səksən il keçir. Xatirə və Anım günü hər il 22 iyun tarixində qeyd olunur.