CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyhun Bayramov: "Azərbaycan YUNESKO və BMT QAK-dan cavab gözləyir"

Tərəflər Azərbaycan və BMT və təşkilatın qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanları və perspektivlərini müzakirə ediblər.
Sputnik

BAKI, 22 iyun — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Qulam İshaqzainin Azərbaycandakı uğurlu fəaliyyətini, BMT və Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni məmnunluqla qeyd edib.

Qulam İshaqzai Azərbaycanda fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkür edib, əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayıb. Xüsusilə də Azərbaycanla yeni Əməkdaşlıq Fəaliyyət Planının imzalandığını rezident əlaqələndirici məmnunluqla qeyd edib.

Tərəflər Azərbaycan və BMT və təşkilatın qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanları və perspektivlərini müzakirə ediblər.

Nazir işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə toxunaraq, ölkəmizin həm YUNESKO, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) missiyasının bu ərazilərdə qəbul etməyə hazır olduğunu bildirib. Azərbaycanın hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözlədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Eləcə də oxuyun:

  • İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib

  • Antalya Diplomatik Forumu başladı: Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb

  • Rusiya Azərbaycanın BMT-də gördüyü işləri yüksək qiymətləndirir - Səfir