Aİ Azərbaycan və Belarusda maraqları olan rusiyalı milyarder şairi cəzalandırdı

Avropa İttifaqının sanksiya siyahısına düşmüş Mixail Qutseriyevin maraqları tək neft və sənaye layihələri ilə məhdudlaşmır, onu həmçinin şou-biznes və populyar mahnıların bəstələnməsi cəlb edir.
Sputnik

BAKI, 22 iyun – Sputnik. Avropa İttifaqı Belarusa qarşı dördüncü fərdi sanksiya paketini işə saldı, buraya səkkiz şirkət və 78 nəfər, o cümlədən iri xarici biznesmen Mixail Qutseriyev daxildir.

Belarusa qarşı sanksiyalar

Sanksiya siyahısına Belarusun  “MAZ”, “BelAZ” kimi iri sənaye şirkətləri, eləcə də ölkənin bir neçə naziri, nazir müavini, baş prokurorun müavini, deputatlar, hakimlər, Belarus Prezidentinin ailə üzvləri – oğlu Dmitri və gəlini Liliya Lukaşenkolar da düşüblər.

Avropa İttifaqı Şurasının bildirdiyinə görə, fərdi məhdudiyyətlər paketi Belarusda insan haqlarının kobud surətdə pozulması ilə bağlı eskalasiya, vətəndaş cəmiyyətinə, müxalifətə, jurnalistlərə qarşı repressiya ilə əlaqədardır.  

Eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Minsk əleyhinə beşinci sanksiya paketinin tətbiqini də istisna etməyib. Eləcə də hissə-hissə iqtisadi sanksiyaların tətbiqi də gözlənilir.

Belarusa qarşı yeni sanksiyalara dair qərarın bu həftə qəbul ediləcəyi gözlənilir.

Aİ-nin Belarus üzrə sanksiya siyahısındakı bütün şəxslərə Avropa İttifaqı ölkələrinə giriş qadağan edilib, onların əmlakına həbs qoyulacaq, Aİ şirkətlərinə və vətndaşlarına isə onlara vəsait təqdim edilməsi qadağan olunur.

Qutseriyev siyahıya niyə düşdü

Fərdi məhdudiyyətlər siyahısına düşən şəxslər arasında rusiyalı milyarder Mixail Qutseriyev də var. O, digər siyahı yoldaşları kimi, buraya Belarus hakimiyyətini dəstəklədiyinə, ona maliyyə və təşkilati dəstək göstərdiyinə və ondan gəlir götürdüyuünə görə düşüb.

Qutseriyev haqda deyirlər ki, o, şəxsən prezident Aleksandr Lukaşenko ilə dostdur, bu isə ona xeyli var-dövlət yığmağa və Belarusun siyasi elitasında nüfuz qazanmağa imkan verib.

Mixail Qutseriyevin sanksiya siyahısına salınması haqda xəbərlərdən sonra onun payı olduğu şirkətlərin səhmləri ucuzlaşıb. Məsələn, bazar ertəsi axşam, iyunun 21-də Moskva birjasında "М.Видео" şirkətinin aksiyaları 4.1%, “Safmar maliyyə investisiyaları” – 1.5% və biznesmenin neft hasilatı üzrə aktivi üzrə “Rusneft”in səhmləri 0.9% ucuzlaşıb.

Rusiyanın iri neft şirkətlərindən biri olan “Rusneft”də Mixail Qutseriyev direktorlar şurasının sədri, eləcə də ortaqlardan biridir.

Belarus və Azərbaycanla əlaqələr

Qeyd etmək lazımdır ki, məhz Mixail Qutseriyevin şirkətləri 2020-ci ildə, Rusiya neftinin Belarus NEZ-lərinə qiymət səbəbindən tədarükü dayandırıldığı vaxt Belarusa neft çatdırırdı. Məlumata görə, məhz Qutseriyevin “Safmar” sənaye-maliyyə qrupuna daxil olan “Rusneft” və “Neftisa” Belarusa neft tədarük ediblər.

Minsklə Moskva arasında neft qiyməti ilə bağlı fikir ayrılığı olan zaman Belarus biznesmendən 750 min ton xammal almışdı.

Biznesmen eləcə də birbaşa Belarusun özündə layihələrə malikdir. Məsələn, onun “Slavkali” şirkəti Nejinskdə dağ-mədən kombinatı tikir, onu 2023-cü ildə işə salmaq planlaşdırılır.

Layihənin ümumi qiyməti 2 milyard dollar təşkil edir.

Ruiya KİV-lərinin məlumatına görə, “Rusneft” Azərbaycanda və Qazaxıstanda da neft hasilatı ilə məşğuldur. Məsələn, şirkətin rəsmi saytındakı istehsal bölməsində onun fəaliyyət göstərdiyi regionlar göstərilib və orada Rusiyanın şəhərlərinin adı ilə yanaşı, Bakının da adı var.

Bundan başqa, neft şirkəti Kura Valley Operating üzərindən Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə 28 milyon ton ehtiyatı olan Padar blokunda birgə layihədə iştirak edir.

Milyonlar qazanan nəğməkar şair

Ancaq Mixail Qutseriyevin maraqları təkcə bizneslə məhdudlaşmır. Sən demə, sahibkar hələ gənc yaşlarından şeirlə maraqlanırmış. Şeir yazmaqdan savayı, o, skripka və fortepianoda ifa edir. Bu sahədə uğurları onu Rusiya şou-biznesinə girməyə ruhlandırıb və o, “Şair Mixail Qutseriyevin prodüser mərkəzi”ni yaradıb.

Onun şeirlərinə Viktor Drobış, Maksim Pokrovski və başqaları mahnı yazır, Stas Mixaylov, Alla Puqaçova, Valeriya, Qriqori Leps, Nikolay Baskov və başqaları isə həmin mahnıları ifa edirlər.

Şairin kompozisiyaları Rusiyanın aparıcı radiostansiyalarının daimi “qonağıdır”.  

Qutseriyevin mahnıları hər il Rusiyada “İlin mahnısı”, “Qızıl Qrammofon”, “İlin Şansonu”, “Rusiya Milli Musiqi mükafatı” kimi prestijli müsabiqələrin laureatı olur.

2013-cü ildən etibarən beş il ərzində Mixail Qutseriyev “İlin mahnısı” müsabiqəsində “İlin şairi” adını qazanaraq Robert Rojdestvenskinin adına olan xüsusi mükafatı qazanır.

Hazırda Mixail Qutseriyevin müəllifi olduğu 300 şeirə mahnı yazılıb. O, yaradıcılığı sayəsində ildə milyon rubl qazanır.

Şair biznesmen "Весна FM", "Восток FM" və "Финам FM" radiolarının sahibidir. Bu aktivlər daha çox onun şairlik və prodüserlik fəaliyyəti ilə bağlıdır.

Məsələn, 2013-cü ildə Qutseriyevin şirkətləri Krutoy Media holdinqində 75% əldə etmişdilər. Buraya "Радио Дача", Love Radio və "Такси FM" radiostansiyaları daxildir. Ru.FM-i ə alan biznesmen radiostansiyaların sayına görə yalnız “Qazprom media” holdinqinə “uduzur”.

“Şanson” radiostansiyası – Quetseriyevin radioəmlaklarından altıncı aktivdir. Radiostansiyanın alınıb yenidən işə salınmasına milyarder 140-150 milyon dollar sərf edib.

Eləcə də oxuyun: