BAKI, 21 iyun — Sputnik. Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutyunyan bazar ertəsi iyunun 21-də telefonla danışaraq Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Yerevan yenə Moskva ilə danışır
Bu son beş gün ərzində sərhəddə vəziyyətin müzakirə olunduğu iki ölkənin müdafiə nazirlərinin artıq ikinci telefon söhbətidir.
İyunun 17-də vaş tutmuş söhbət zamanı Arutyunyan Şoyquya erməni tərəfinin mövqeyinin dəyizşməz olduğunuz təsdiqləyib – "Azərbaycan Silahlı Qüvvələri qeyd-şərtsiz Ermənistanın suveren ərazisini tərk etməlidirlər".
Nazirlər həmçinin rusiyalı sərhədçilərin Azərbaycanla həmsərhəd Sünik və Geqarkunik vilayətlərində dislokasiyasını, rusiyalı sülhməramlıların Qarabağda fəaliyyətini, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığını və regional problemlərlə əlaqədar bir sıra digər məsələləri müzakirə ediblər.
Sərhəd məsələsi
Bu gün Moskva və Yerevanın mövqeyində nəyinsə dəyişib-dəyişmədiyi məlum deyil. Lakin Ermənistandakı parlament seçkilərindən sonra bu həssas məsələnin müzakirə olunması maraq doğurur.
Analitiklər gmün edirlər ki, Ermənistanda Nikol Paşinyanın başçılığı ilə yeni hökumət formalaşandan sonra Yerevan Azərbaycanla sərhədin delimitasiyası məsələsində müəyyənləşməlidir.
Bu arada Bakı son günlər Yerevana daha təkidlə sülh təklif edir. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ümid etdiyini bildirib ki, yeni hökumət ölkəsindəki siyasi böhranın real nəticələrini düzgün qiymətləndirəcək və anlayacaq və düzgün nəticələr çıxaracaq.
"Azərbaycanın bu məsələdə mövqeyi dəyişməzdir. Azərbaycan Ermənistanla münasibətlərin suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı daxil olmaqla beynəlxalq normalar və prinsiplər çərçivəsində normallaşmasının tərəfdarıdır", - nazir vurğulayıb.
Ermənistandakı seçkilərin Qarabağdakı vəziyyətə təsiri
Yeri gəlmişkən, Şoyqu ilə Lavrovun danışığı Rusiya XİN başçısı Sergey Lavrovun bəyanatından dərhal sonra baş tutub. Lavrov keçirilmiş seçkilərin Qarabağdakı və bölgədəki vəziyyətə necə təsir etdiyini anlamaqdan ötrü Ermənistanda hökumətin formalaşmasını gözləməyi təklif edib.
"Moskvada ondan çıxış edirlər ki, müharibəyə son qoymuş və iqtisadi qarşılıqlı fəaliyyətin razılaşdırılması prosesinə start vermiş üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sazişləri işləyirlər", - deyə o bildirib.
İstənilən halda məhz Ermənistanın yeni hökumətinin ilk addımları bölgənin gələcəyinə aydınlıq gətirəcək.
Ermənistanda seçkilər
İyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçirilib. Seçkilərdə 25 siyasi qüvvə - 21 partiya və 4 blok iştirak edib.
Seçkidə iştirak hüququna 2,578 milyon vətəndaş malikdir (onlardan 855 mindən çoxu paytaxtda yaşayırlar). Seçki qanunvericiliyi seçkilərin baş tutmuş sayılması üçün minimal seçici iştirakı hüququnu nəzərdə tutmur. Siyasi partiyalar üçün parlamentə keçid həddi 5, bloklar üçün isə 7%-dir.
Ermənistan MSK-nın açıqladığı nəticələrə əsasən, parlamentə üç siyasi partiya keçib: "Vətəndaş müqaviləsi" partiyası (53,92%), "Hayastan" bloku (21,04%) və "Şərəfim var" bloku (5,23%). Beləliklə, seçkilərdə Nikol Paşinyan qələbə qazanıb.
Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan seçkilərin nəticələrini tanımaqdan imtina ediblər.