CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Döyülən uşaq xəstəxanada ölüb - Təfərrüat

İyunun 15-də 2005-ci il təvəllüdlü Cabir Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Sputnik

BAKI, 21 iyun — Sputnik. İyunun 20-də Ağsu rayon sakini Nihad Məmişov daha əvvəl aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İstintaqla müəyyən edilib ki, iyunun 15-də 2005-ci il təvəllüdlü Cabir Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölüb.

Cabir Müseyibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Eləcə də oxuyun: