CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sinoptiklər sabaha dəhşətli isti söz verirlər

Восход солнца, фото из архива
Milli Hidrometeorologiya Xidməti sabah çimərliklərdə havanın küləkli olacağını amma yüksək temperaturun gözlənildiyini açıqlayıb.
Sputnik

BAKI, 21 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Eləcə də oxuyun:

  • Xəzərdə bağırsaq çöplərinin həddindən artıqlığı narahatlıq doğurur

  • Gün yandıranda dərinizə qatıq çəkməyə tələsməyin