Xəzərdə bağırsaq çöplərinin həddindən artıqlığı narahatlıq doğurur

Ziyəddin Kazımovun sözlərinə görə, yaranan bu vəziyyət insanlarda kəskin mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.
Sputnik

BAKI, 20 iyun - Sputnik. Dəniz suyunda bağırsaq çöplərinin həddindən artıq olması narahatedici durum yaradıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərliklər" mövzusunda sosial şəbəkədə canlı yayımda ikən deyib.

Onun sözlərinə görə, yaranan bu vəziyyət insanlarda kəskin mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər: “Bundan başqa, bakterioloji müayinə üçün dəniz suyu götürülür. 1 litr suda icazə verilən bağırsaq çöplərinin miqdarı 5 mindir".

"Nümunələrdə bu göstərici normadan dəfələrlə yuxarı olub, ona görə bir neçə dəfə nümunə götürüb müayinə aparırıq”, - deyə o əlavə edib.