PAYTAXT XƏBƏRLƏRİ

FİFA-nın prezidenti Bakıya gəlir: İsveçrə-Türkiyə matçını izləyəcək

AFFA bəyan edib ki, bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün FİFA-nın prezidenti Gianni İnfantino paytaxtımıza gələcək.
Sputnik

BAKI, 20 iyun - Sputnik. FİFA-nın prezidenti Gianni İnfantino Bakıya gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Bildirilir ki, bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün FİFA-nın prezidenti Gianni İnfantino paytaxtımıza gələcək.

Həmçinin UEFA-nın baş katibi Teodor Teodoridis bu gün Bakıya gələcək və görüşü stadiondan izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Türkiyə millisinin Bakıdakı ilk oyunu və gözlənilməz məğlubiyyət

Qeyd edək ki, iyunun 16-da Bakıda futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə-Uels oyunu keçirilib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Uels millisi 2:0 hesabı ilə qalib gəlib.

Hesabı 42-ci dəqiqədə Aaron Remzi açıb. Matçın son dəqiqəsində isə Konnor Robert komandasının üstünlüyünü iki topa çatdırıb. Həmin matçı stadionda canlı olaraq Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev izləmişdi.