PAYTAXT XƏBƏRLƏRİ

Bakını toz dumanı bürüyüb

Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.
Sputnik

BAKI, 20 iyun - Sputnik. Bakıda toz dumanı ilə bağlı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Tibb mütəxəssisləri toz dumanının paytaxt sakinlərinin səhhəti üçün xüsusilə zərərli olduğunu bildirirlər. Ağ ciyər xəstəliklərindən əziyyət çəkənlərə və viruslara həssas olanlara belə havada bayıra çıxmamaq tövsiyə olunur.