AVRO-2020 İtaliya-Uels qarşılaşmasının ən yaxşı oyunşusu Kyeza olub

İtaliya millisinin hücumçusu Federiko Kyeza futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunda keçirilmiş İtaliya-Uels qarşılaşmasının ən yaxşı oyunçusudur.
Sputnik

BAKI, 20 iyun — Sputnik. "A" qrupunda Romada keçirilən qarşılaşma 1:0 hesabı ilə italyanların xeyrinə başa çatıb. Yeganə qolu 39-cu dəqiqədə Matteo Pessina vurub.

1/8 finala vəsiqəni əvvəlcədən təmin etmiş İtaliya millisi qrup mərhələsində 9 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Uels yığması 4 xalla qrupun ikincisidir və pley-off mərhələsinə çıxır.