SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Vahid Rusiya" Dumaya seçkilərdə namizədlər siyahısını təsdiqlədi

Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” partiyasına Sergey Şoyqu və Sergey Lavrov liderlik edəcəklər.
Sputnik

BAKI, 19 iyun - Sputnik. Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının bu gün keçirilən qurultayında Dövlət Dumasına seçkilərdə federal siyahıda liderlərin beşliyini və namizədlərin siyahısını təsdiqləyib.

Qurultay federal və təkmandatlı dairələrdən Dumaya namizədlərin siyahısını da təsdiq edib.

Rusiya prezidenti Vladimir Putinin təklifi ilə federal siyahıya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmelyova və Uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilib.

Siyahı 57 regional qrupa bölünüb.

Vladimir Putinin qurultayda çıxışı

Rusiya prezidenti Vladimir qurultay iştirakçıları qarşısında çıxış edib. 

RF prezidenti Vladimir Putin seçki kampaniyasının məsuliyyətli dövr olduğunu, parlamentin formalaşmasının dövlətin həyatında vacib mərhələ olduğunu bəyan edib.

"Seçki kampaniyası həmişə sınaqdır və ümumilikdə siyasi sistemin möhkəmliyinin yoxlanılmasıdır. "Vahid Rusiya"nın burada da xüsusi rolu var. Lider partiya açıq, rəqabətli siyasi yarış atmosferinin yaradılmasında nümunə olmağa borcludur", - o bildirib.

Rusiya Dövlət Dumasına seçkilər

2021-ci il iyunun 17-də Rusiya prezidenti Vladimir Putin 2021-ci il sentyabrın 19-na VIII çağırış RF Dövlət Dumasına seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Onlar Rusiyada regional və bələdiyyə orqanlara seçkilərlər bir yerdə vahid səsvermə günündə keçiriləcək.

Həmçinin oxuyun:

Putin seçki kampaniyası, vaksinasiya və demoqrafik çuxur barədə