İQTİSADİYYAT

Fuad Sadıqov: “Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər”

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyir ki, ilkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir
Sputnik

“Ölkəmizə idxal və ixrac olunan bütün bütün bitkilərin sığortalanması həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Atv-yə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, artıq ətlik iri buynuzlu heyvanlar, həmçinin xırda buynuzlu heyvanların və arıçılıqla məşğul olan fermərlərə sığorta xidmətləri göstərilə biləcək: “İlkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir. Misal olaraq deyim ki, biz hər zaman fermerlərimizin quraqlıqdan əziyyət çəkdiyini eşidirik. Lakin elə təsrrüfatlar var ki, izafi yağıntılardan əziyyət çəkir. Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər. Artıq bununla bağlı təminatları da layihəyə daxil etmişik”.

Fuad Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz