SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq İran seçkiləri barədə: fərqli siyasi düşüncənin adamları yoxdur

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, seçki qabağı dövrdə bir sıra namizədlərin öz namizədliyini mühafizəkar xəttin xeyrinə geri çəkməsi onların eyni xəttin adamları olmasını göstərir
Sputnik

Bu gün İran xalqı özünün 13-cü prezidentini seçəcək.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, İranda keçirilən budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha zəif və sönük keçir: “Seçkilər İranın sosial, siyasi həyatına elə də təsir göstərmir. İnsanların seçkiqabağı kampaniyalardakı qeyri-fəallığı da seçkilərə olan marağı göstərir. Seçki qabağı dövrdə bir sıra namizədlərin öz namizədliyini mühafizəkar xəttin xeyrinə geri çəkməsi onların eyni xəttin adamları olmasını göstərir.Yəni namizədlər arasında fərqli siyasi düşüncənin adamları yoxdur. Prezidentin ölkənin sosial-siyasi həyatına təsiri haqqında danışmaq isə düzgün olmazdı. Çünki İranda prezident dövlət başçısı deyil. İranın dövlət başçısı İranın Ali Rəhbəri Seyid Əli Xameneidir”.

Sədrəddin Soltanın fikirlərinə audifaylda qulaq asa bilərsiniz