HADİSƏ

Bakıda Gülüstan sarayının yaxınlığında yanğın olub

Ölkənin şimal bölgəsindən başlamış yanğın dalğası axşam saatlarında artıq paytaxt Bakıya da çata bilib.
Sputnik

BAKI, 18 iyun - Sputnik. İyunun 17-də, axşam saatlarında Bakıda Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində otlaq ərazidə yanğın baş verib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən texnikası hadisə yerinə cəlb edilib.FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları APA-ya bildirib ki, ilkin məlumata görə, əraziyə siqaret kötüyü atılıb və bu, yanğına səbəb olub.

Yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Ətrafda olan heç bir ağac yanğın zamanı zərər görməyib.