RUSİYA

Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədə

Rusiya prezidenti Ali Dövlət İdarəçiliyi Məktəbinin idarəetmə kadr ehtiyatlarının inkişafı proqramının dördüncü buraxılış məzunları ilə videorabitə vasitəsilə görüş keçirib.
Sputnik

BAKI, 17 iyun — Sputnik. Rusiyanın prezidenti Vladimir Putin bildirib ki, hökumət başçısı Mixail Mişustinə ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergilərin artırılması barədə təklifini RF-in milli maraqları nöqteyi-nəzərindən diqqətlə araşdırmağı tapşıracaq. Sputnik Azərbaycan xəbər verir ki, cümə axşamı dövlət başçısı Ali Dövlət Idarəçiliyi Məktəbinin idarəetmə kadr ehtiyatlarının inkişafı proqramının dördüncü buraxılış məzunları ilə videorabitə vasitəsilə görüş keçirib.

Onların arasında Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorov da olub. Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan verginin artırılması təklifinin Rusiyada tətbiqi barədə Yeqorovun fikrini soruşub.

"Mən sizin diqqətinizi buna çəkmək istəyirəm. Əlbəttə, mən hökumətin sədrinə və sizin iqtisadi blokdakı həmkarlarınıza da bu məsələni öyrənməyi tapşıracağam ki, bizim milli maraqlarımız da nəzərə alınsın", - deyə Putin xidmət rəhbərinə bildirib.

Putin - Bayden görüşü

Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.

Həmçinin oxuyun:

Politoloq Bayden-Putin görüşü haqqında: heç bir sensasiya baş vermədi

Putin – Bayden zirvəsi: Qarabağ haqqında bir kəlmə belə deyilmədi

Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?