Politoloq Bayden-Putin görüşü haqqında: heç bir sensasiya baş vermədi

Politoloq Fikrət Sadıxov deyir ki, tərəflər münasibətlərin yumşaldılması ilə bağlı razılığa gələ bildilər
Sputnik

Çərşənbə günü, iyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdın sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər. Bəyanatda bildirilib ki,Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdiriblər.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a iki liderin görüşünü şərh edib. O bildirib ki, Bayden-Putin görüşünün müsbət nəticələri haqqında danışmaq çətindir: “Bu görüşdə heç bir sensasiya baş vermədi. İki ölkənin münasibətləri o qədər gərgindir ki, belə bir görüşdə hər hansı razılıq əldə etmək və saziş imzalamaq çətin idi. Amma o da həqiqətdir ki, tərəflər münasibətlərin yumşaldılması ilə bağlı razılığa gələ bildilər. Ölkələrarası münasibətlərin stabilləşməsi üçün prezidentlərin bir neçə dəfə görüşməsinə ehtiyac var. Əks halda gərginlik davam edəcək”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz