MƏDƏNİYYƏT

Jan Kloud Van Dammın oğlu Kristofer azərbaycanlı xanımla evlənib

Sosial şəbəkələrdə nikah mərasimindən fotolar yayılıb. Eyni zamanda Suada və Kristofer "Instagram" profilində münasibətdə olduqlarını yazıblar.
Sputnik

BAKI, 17 iyun — Sputnik. Dünyaca məşhur aktyor Jan Kloud Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə həyatı qurub. Sputnik Azərbaycan xəbər verir ki, nikah mərasimindən çəkilmiş foto sosial şəbəkələrdə yayılıb. Eyni zamanda Suada və Kristofer "Instagram" profilində münasibətdə olduqlarını yazıblar. Nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı konsulluğunda baş tutub.

Qeyd edək ki, Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. Əsasən caz janrında ifa edən musiqiçi, Prezident təqaüdçüsüdür. O, eyni zamanda VII Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Suadanın 21 yaşı var.

34 yaşlı Kristofer isə aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur.

Məlumat üçün bildirək ki, Kristofer ilk dəfə 1992-ci ildə "Universal Soldier" filmində rol alıb. 2012-ci ildə "Boksçu" filmindən başqa, digər filmlərdə atası ilə birlikdə rol alıb. Aktyor "Dragon Eyes", "The Philly Kid", "The Quest", "Welcome to the Jungle", "Black Water" kimi filmlərdə rol alıb.