BAKI, 17 iyun — Sputnik. 22 iyun – Böyük Vətən müharibəsinin başladığı gündür. Hitler Almaniyasının Sovet İttifaqına hücumundan 80 il keçir. Bu tarixi gündə müharibəni bir daha yada salmaq, alman-faşist təcavüzkarlarının darmadağın edilməsində Azərbaycanın rolunu vurğulamaq yerinə düşər.
Həmin dövrdə SSRİ-nin tərkibində olan Azərbaycanın ümumi düşmənin darmadağın edilməsində əvəzsiz rolu olub. Almaniya rəhbərliyi Azərbaycanın neft ehtiyatlarına xüsusi maraq göstərmiş və Qafqaz uğrunda gedən döyüşlərdə Bakını və şəhərin ətrafındakı neft-qaz rayonların nəzarət altına almağı əmr etmişdi.
Ekspertlərin dəyərləndirməsinə görə, Böyük Vətən müharibəsi dövründə, 1941-ci ildən 1945-ci ilə kimi Fəhlə-Kəndli Qızıl Ordusuna Azərbaycandan 600 min insan çağırılıb ki, onların da 40 mini cəbhəyə könüllü yollananlar olub. Ümumilikdə müharibədə iştirak edən azərbaycanlıların təxminən yarısı həlak olub.
Respublikada 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli diviziyalar yaradılıb.
Müharibə illərində bütün ölkə üzrə yanacaq məhsullarının 90 faizini Azərbaycan neftçiləri istehsal edirdilər. Müharibənin birinci ilində Bakıdan cəbhəyə 23,5 milyon ton neft göndərilib. Ümumilikdə müharibəyə 75 milyon ton neft yola salınıb.
Azərbaycanın Böyük Vətən və II Dünya müharibələrindəki rolu barədə daha ətraflı iyunun 18-i saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında müharibə dövrünün tanınmış tədqiqatçısı, sosioloq, fəlsəfə elmlər doktoru İlham Abbasov danışacaq.
Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi