CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğan: "Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz"

Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya, bütün dünyaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar.
Sputnik

BAKI, 16 iyun — Sputnik. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentdə çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların və zənginliyin sözlə ifadəsi mümkün deyil: "Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya, bütün dünyaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Ermənistan Azərbaycanla problemlərini həll etdikcə biz də lazımi addımlar atacağıq. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz".

Milli Məclisin xüsusi iclası

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilib.

Toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.

Türkiyə prezidenti iclasda deputatların önündə çıxış edib.

Türkiyə prezidentinin Azərbaycana səfəri

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, iyunun 15-də Şuşa şəhərində olub. Burada iki ölkə arasında Şuşa bəyannaməsi imzalanıb.

Eləcə də oxuyun:

  • Ərdoğan: Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi dünyaya açıq mesajdır

  • Millət vəkili: “Şuşa Bəyannaməsinin imzalanması əhəmiyyətlidir”

  • Şuşa Bəyannaməsinin TAM MƏTNİ dərc olunub