CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adil Suleymanov: “Qardaşıma bəraət verilərsə, Avropa məhkəməsinə müraciət etmərik”

Məhkəmə binası qarşısına toplaşan Dondar Quşçu sakinləri Nərminin əsl qatilinin tapılacağına ümid etdiklərini söyləyiblər. Ətraflı Sputnik Azərbaycan-ın müxbiri Rahim Məmmədovun xəbərində.
Sputnik

 

BAKI, 16 iyun — Sputnik. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə baxışı olub.  Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. Məhkəmə prosesində media nümayəndələrinin müəyyən vaxt ərzində çəkiliş aparılmasına icazə verilib. Məhkəmə prosesində hər iki tərəfin nümayəndələri iştirak ediblər. İlkin Süleymanovun qardaşı Adil Süleymanov qardaşının qatil olmadığını, tezliklə Nərmin Quliyevanın ölümünə səbəb olan şəxsin müəyyən ediləcəyinə ümid etdiyini bildirib:

Adil Suleymanov: “Qardaşıma bəraət verilərsə, Avropa məhkəməsinə müraciət etmərik”

“Bu məhkəməyə qədər İlkinin 16-17 məhkəməsi keçirilib. Bunlardan sonra hər dəfə biz apellyasıya məhkəməsi vermişik. Apellyasiya məhkəməsindən sonra Avropa məhkəməsinə şikayət göndərmişik. İşgəncə faktları, evə gizli girməklə, İlkinin qanunsuz saxlanması ilə bağlı. Bu gün mənim qardaşıma bəraət verilərsə, biz bundan sonra Avropa məhkəməsinə müraciət etmərik. Buraya toplaşan insanlar İlkinin azadlığını istəyirlər".

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Keçirilən məhkəmə prosesində iştirak edən N.Quliyevanın anası Aynurə Mayılova məhkəmə prosesindən hər hansı narazılığı olmadığını bildirib:

Adil Suleymanov: “Qardaşıma bəraət verilərsə, Avropa məhkəməsinə müraciət etmərik”

“Biz dövlətimizə inanırıq, dövlətə güvənirik, onlar mənim uşağımın adına hər şey çıxartdılar. Buna baxmayaraq mən yenə də dövlətə inanıram, ən düzgün qərar çıxarılacığını gözləyrəm. Məhkəmə prosesindən hər hansı narazlığımız yoxdur”.

Qeyd edək ki, bugünkü məhkəmə prosesində Nərmin Quliyevanın atası Şərif Quliyev ifadə verib. Məhkəminin qərarına əsasən, növbəti məhkəmə prosesi 30 iyun saat 15:00-a təyin edilib.

Eləcə də oxuyun:

  • Tovuzda qətlə yetirilən azyaşlı qızla bağlı yeni xəbər var

  • Nərmin Quliyeva ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirildi