CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Rəşad Nəbiyevə müavin təyin etdi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilərək əvəzinə yenisi təyin olunub.
Sputnik

 

BAKI, 15 iyun — Sputnik. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Elmir Vəlizadə 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.

Onun əvəzinə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər "Azərkosmos" ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb, ondan əvvəl isə səhmdar cəmiyyətdə korporativ idarəetmə üzrə müşavir, nazirliyə məxsus "Azərpoçt" biznesin inkişafı şöbəsinin müdir müavini, əməliyyatlar şöbəsinin müdiri olub.