PAYTAXT XƏBƏRLƏRİ

Paytaxtda yenilik: "BakıKart"ı olmayan bu avtobuslara minə bilməyəcək

Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi dəyişiklik sayəsində son bir ayda "BakıKart"a inteqrasiya edilən marşrut xətlərinin sayı 14-ə çatıb.
Sputnik

BAKI, 14 iyun — Sputnik. Sabahdan Bakıda 76 nömrəli marşrut xətti ("Neftçilər" m/s – "Bakıxanov" dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart"la ödəniləcək.

Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Sabunçu rayonu, Nizami rayonu və Suraxanı rayonları ərazisində aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Eldar Xəlilov küç., (Sabunçu ray.,)

Sülh küç., (Sabunçu ray.,)

Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.,)

X.Xasməmmədov 78A (Bakıxanov qəs.,)

Nazim İsmayılov 7 (Bakıxanov qəs.,)

Əzim Əzimzadə 34/64 (Nizami ray.,)

Sakit Qocayev küç. (Suraxanı ray.,)

Xatırladaq ki, bundan əvvəl Bakıdakı 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart"la ödənilməsinə başlanılıb. Bununla son bir ayda "BakıKart"a inteqrasiya edilən marşrut xətlərinin sayı 14-ə çatıb.