VİDEO

Laçının Əhmədli kəndindən görüntülər - VİDEO

Azərbaycanın Laçın rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq həmin il dekabrın 1-də işğaldan azad olunub.
Sputnik

Müdafiə Nazirliyi Laçının Əhmədli kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan nazirliyə istinadən həmin görüntüləri təqdim edir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.