Rəssam Çinin Hebey əyalətində yaşayır. Onun sözlərinə görə, bütün vaxtını sevdiyi sənətinə həsr etmək üçün o, əsas işindən ayrılıb. Ailəsi onu bu qərarında dəstəkləməsə də, gənc istəyindən geri çəkilmir.
“Qrafitdən heykəllər yaratmaq mənim arzum idi. Mənə elə gəlir ki, əgər sənin arzuna heç kim gülmürsə, onu həyata keçirməyə dəyməz”, - Li Mintszyun deyir.
Rəssam söyləyir ki, gündəlik həyatdan ilham alır, ən çox da pişiklərin davranışlarını izləməyi sevir. “Əgər mənim sayəmdə gənclər mini-heykəllərlə maraqlanıb onları anlamağa başlasalar, o zaman hiss edəcəyəm ki, incəsənətin populyarlaşdırılması üçün mən də bir iş görüb, nəyəsə nail olmuşam”.