FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakı sakinləri yumşalmanı necə qarşıladılar: Paytaxtda "Mall"ar açıldı - Fotolent

Sputnik

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusun yayılmasının qarşısını almaq məqsədilə iri ticarət mərkəzlərinin fəaliyyətinə qoyduğu qadağa iyunun 10-dan aradan qaldırıldı.

Beləliklə, Bakı "mall"arındakı adlı-sanlı butiklər qapılarını yenidən müştərilərin üzünə açdı. Bu qərar Azərbaycanda hələ də qüvvədə olan karantin rejiminin yumşaldılması çərçivəsində ən çox gözlənilən qərarlardan biri idi.

Bununla belə, hökumətin qərarı ilə təhlükəsizlik tədbirləri çərçivəsində ticarət mərkəzlərinin nəzdindəki kinoteatrlar, uşaq oyun mərkəzləri hələ bağlı qalacaq. Buna baxmayaraq, şoppinq sevincini yenidən yaşamaq istəyənlərin sayı heç də az deyildi.

Yumşalmadan sonra fəaliyyətə başlayan ticarət mərkəzlərində baş verənlərlə Sputnik Azərbaycanın fotolentindən tanış ola bilərsiniz.

Ticarət mərkəzlərinə üz tutanların əksəriyyəti zərif cinsin nümayəndələri idi. Maska rejimi və sosial məsafəyə riayət etmək şərti nəzərə alınmasa, Bakı sakinləri bu gün ilk məhdudiyyətlərin tətbiq olunduğu gündən bir ildən çox vaxt keçəndən sonra artıq əvvəlki həyata qayıda bildilər.

Azərbaycanda karantin rejimi

2021-ci il avqust ayının 1-ə kimi ölkədə xüsusi karantin rejimi qüvvədədir. Bu müddət ərzində kütləvi tədbirlərin, o cümlədən, toy və yas mərasimlərinin, ad günlərinin keçirilməsi qadağan olunub, eləcə də, xarici ölkələrlə müntəzəm nəqliyyat əlaqəsi dayandırılıb. Bundan başqa, iaşə obyektlərinin işinə yalnız müştərilərə yerində xidmət, sosial məsafənin qorunması, dezinfeksiya tədbirlərinin və qoruyucu vasitələrin təmin edilməsi şərti ilə icazə verilir. Həmçinin, restoranlar yalnız gecə yarısına qədər fəaliyyət göstərə bilər. Qəlyan xidmətlərinə isə qadağa var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 / 17
Bu gündən etibarən Bakıda bir ildən çox bağlı qalan iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunub.
2 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
3 / 17
Ticarət mərkəzlərinin işçilərinə yeni tələb qoyulub. Personalın 30 faizindən çoxu peyvənd olunmalıdır.
4 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
5 / 17
Karantin qaydalarının yumşalmasından sonra "Mall"ara əsasən zərif cinsin nümayəndələri üz tutublar.
6 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
7 / 17
Operativ Qərargahın qərarına əsasən təhlükəsizlik tədbirləri çərçivəsində ticarət mərkəzlərində kinoteatrlar və uşaq əyləncə mərkəzləri bağlı qalıb.
8 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
9 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
10 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
11 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
12 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
13 / 17
Bakıda ticarət mərkəzində tibi maskada olan qadın.
14 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
15 / 17
Bakıda ticarət mərkəzində tibbi maskada olan kişi.
16 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.
17 / 17
Ziyarətçilər Bakıda ticarət mərkəzində.