BAKI, 10 iyun — Sputnik. Rusiya Şimali Makedoniyanın Moskvadakı səfirliyinin əməkdaşını "persona non grata" elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi (XİN) yayıb.
"İyunun 10-u Şimali Makedoniya Respublikasının Rusiya Federasiyasında olan müvəqqəti işlər üzrə müvəkkili Olivera Çauşevskaya-Dimovskaya Rusiya XİN-ə çağırılıb. Ona Şimali Makedoniyanın Moskvadakı səfirliyinin əməkdaşının persona non grata elan olunması haqqında nazirliyin notası təqdim olunub", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu addım Rusiyanın Skopyadakı səfirliyinin bu ilin mayında qəbul etdiyi analoji addıma cavabıdır.
Eləcə də oxuyun:
Avropa ölkələrinə çağırış etdilər: Rusiya diplomatlarını evlərinə göndərin
Rusiya Ukrayna səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi
Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı "zəifləyən dövlət" adlandırdı