Böyük futbol Bakıya gəlir və öz ilə şəhərimizə idman bayramı əhval-ruhiyyəsi bəxş edir. İyunun 9-da şəhərimizin mərkəzində komandaları dəstələmək məqsədilə təntənəli yürüş keçirilib. Yürüşə orkestr başçılıq edib, onun ardınca isə yığma komandaları bu gün Bakıda oynayan ölkələrin vətəndaşları rəngbərəng geyimlərdə şəhərin küçələrində addımlayıblar. Kostyumlu parada bəzilərinin əllərində Uelsin milli rəmzi qırmızı əjdaha olan azarkeşlər yekun vurublar.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu Futbol üzrə Avropa Çempionatının dörd oyununa ev sahibliyi edəcək. Onlardan üçü İsveçrə– Uels (12 iyun), Tükiyə–Uels (16 iyun) və İsveçrə– Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq "A" qrupunun oyunlarıdır.
Azərbaycanın paytaxtı, eləcə də AVRO-2020-nin 1/4 final oyunlarından birinə də ev sahibliyi edəcək. Həmin oyun isə iyulun 3-də baş tutacaq.