Dibçək çağırışı: BŞİH sakinlərdən nə istəyir - Təfərrüatlar

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanılmasına başlanılıb.
Sputnik

BAKI, 10 iyun — Sputnik. Bakı şəhər və rayonların icra hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir. BŞİH-dən Sputnik Azərbaycan-a bildirilib ki, meriya və rayon icra hakimiyyətləri sakinlərə müraciət edərək, öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtın gözəlliyinə öz töhfəsini verməyə çağırır.

Dibçək çağırışı: BŞİH sakinlərdən nə istəyir - Təfərrüatlar

"Bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binaların eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə, güllər daha yaxşı inkişaf edərək, əraziyə gözəllik verəcək", - deyə BŞİH-in sakinlərə müraciətində qeyd edilir.

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanılmasına başlanılıb.

Dibçək çağırışı: BŞİH sakinlərdən nə istəyir - Təfərrüatlar

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytatxda yaşayış binalarının eyvanlarından asılan güllər el arasında "geran" ətirşah gülləridir. Baş mühəndis seçimin bu güllər üzərində saxlanılmasını isə belə izah edir: "Ətirşah həm ev gülüdür, həmçinin də gözəl rəngi var. Ona görə də belə qərara gəlindi ki, eyvanlara ətirşah asılsın".

C. Məmmədov deyir ki, bütün sakinlərə dibçəklər eyvana yerləşdirilərkən qulluq qaydası izah olunub: "Bu güllər səhər və axşam, sərin vaxtda suvarılmalıdır. Güllərin dibindəki torpaq qurudusa ona iki stəkan həcmində su tökmək lazımdır".

Dibçək çağırışı: BŞİH sakinlərdən nə istəyir - Təfərrüatlar

Baş mühəndis deyir ki, yay fəsli ilə əlaqədar insanlar bağa getdikləri halda dibçəklərə yaxşı olar ki qulluğu yaxın qonşularına tapşırsınlar: "Biz dibçəyi qurutduğu üçün kiməsə cəza verə bilmərik. Dibçəklərə qulluq vətəndaşın insafına buraxılır. Əgər dibçək hansısa balkonda quruyarsa biz onu dəyişəcəyik. Bunu vətəndaş özü də edə bilər. Çünki o güllərin qiyməti elə baha deyil. Amma sakin evdə olmadığına görə dibçəklərə qulluq üçün işçilərin ayrılması fiziki və maddi baxımdan mümkün deyil" deyə C. Məmmədov bildirir