CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronun səkkiz çimərliyi istifadəyə yararlıdır - son nəticələr

Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.
Sputnik

BAKI, 9 iyun — Sputnik. Çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, monitorinq idarənin rəisi Nazim Mahmudov bildirib ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

"Hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülən nümunələr üzərində laborator təhlillər aparılır", - nazirlikdən bildirilib.

Qeyd edək ki, hər il iyunun 15-də Azərbaycanda çimərlik mövsümü açılır və bunun üçün hər ilin iyun ayında çimərliklərdə monitorinqlər təşkil olunur, onların vəziyyəti öyrənilir.

Eləcə də oxuyun:

  • Dəniz sevdalılarının diqqətinə: bəzi çimərliklərdə həddən artıq çirklənmə var

  • Gün yandıranda dərinizə qatıq çəkməyə tələsməyin