İyunun 4-də Azərbaycanın erməni işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində iki media nümayəndəsi və bir dövlət məmuru həlak oldu. Bu faciəli hadisə bir daha ictimaiyyətin diqqətini erməni tərəfinin minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi məsələsinə cəlb etdi.
Demək olar ki, hər həftə rayonlarda həm mülki şəxslər, həm də hərbçilər minaya düşür. Aprel ayının sonlarında Minaların Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndəsi Samir Poladov bəyan etdi ki, indiyə qədər 50 nəfər minaya düşüb və onlardan 18 nəfəri həlak olub. Ancaq bu rəqəm durmadan artır.
İşğaldan azad olunmuş rayonlardakı vəziyyət yalnız dövlət təşkilatlarının deyil, həm də ictimai qurumların diqqət mərkəzindədir.
İyunun 11-i, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal minalardan təmizlənmə işinin necə həyata keçirildiyi, minalanmış ərazilərin xəritəsinin Ermənistandan Azərbaycana verilməsinin aktuallığı, azad edilmiş ərazilərə icazəsiz səfər etməkdən çəkinməyin zəruriliyi, habelə əlilliyə dair qanun layihəsinin qiymətləndirilməsi, eləcə də, müharibə veteranlarına, həmçinin mina partlaması nəticəsində zərər çəkmiş şəxslərə əlilliyin verilməsi məsələləri barədə danışacaq.
Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə üçün telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi